• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram yarmarkası təşkil olunacaq - Tarixi və yeri açıqlandı

Bayram yarmarkası təşkil olunacaq - Tarixi və yeri açıqlandı
15.02.2019 13:40
Martın 15-dən 21-nə qədər Bakıda bayram yarmarkası təşkil ediləcək. Yarmarkada Bakı sakinlərinə meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. təklif ediləcək.

Kənd Təsərrüfatı yanında Aqrar Ticarət Şirkətindən Anews.az-a verilən məlumata görə, yarmarka 28 May, Nizami küçəsi 154 B ünvanında baş tutacaq.

Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha yaxşı ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısını almaqdır.

İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər.

Aqrar Ticarət Şirkətinin mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq.

"Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub. Məhsulların qiymətləri isə tələb-təklif əsasında formalaşacaq”.

Qeyd edək ki, yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol