• $
  • €
  • ₽
  • ₺
  • £

Çeçenlərlə azərbaycanlılar görüşdülər – VİDEO

Çeçenlərlə azərbaycanlılar görüşdülər – VİDEO
16.02.2019 10:01
Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqaldan sonra məsələyə münasibət bildirilib. 


BAKU.WS xəbər verir ki, Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər. 

Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.

"Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Onlar birlikdə işləyirlər, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar. 

Ola bilər ki, aramızda hansısa anlaşılmazlıq və problem olub. Həmin problemi hansısa kompüter arxasında oturan dələduz götürüb paylaşıb və həmin hadisəni şişirdib. Bununla da, həmin şəxslər təxribat yaratmaq istəyirlər. 

İstəyirəm bildirib ki, biz dostuq, çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur. Heç kim də, heç vaxt bu əmələ haqq qazandırmır. 


Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənmək istəyirəm. Hansısa çeçeni videoya çəkib, yaymaq provakasiya yaratmaqdır.

Biz hər gün görüşürük, çörək yeyirik. Buna hörmət etməliyik. Arada yaranmış şəxsi münasibətlərə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Şəxsi problemləri aranızda həll edin. 

Bütün çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi də qınayır”, - deyə həmin şəxs bildirib. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol