• $
  • €
  • ₽
  • ₺
  • £

"Kişinin dediklərinə etiraz edəndə ailə uçuruma doğru gedir"

"Kişinin dediklərinə etiraz edəndə ailə uçuruma doğru gedir"
16.02.2019 11:37
Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadəyə həyat yoldaşı sərt qadağalar qoyub.

Anews.az bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa buna dözmək məcburiyyətində qaldığını bildirib:

"Spirtli içki içmirəm, siqaret çəkmirəm. Amma bərkdən gülənəm, komplekslərim yoxdur. Amma evdə yüksək səslə güləndə yoldaşım hirslənir ki, qonşular eşidər. Saat 6-dan sonra gəzintiyə çıxmaq olmaz. Nə konsertə gedirəm, nə teatra gedirəm. Mədəni həyatdan uzaq düşmüşəm. Olmuşam tam evdar xanım. Ailə quranda mənə qadağaları olmayacağını demişdi. Amma sonradan dəyişdi. Kişilər belədir də. Əvvəllər çox etiraz edirdim, bunun üstündə davalarımız olurdu. Amma artıq bununla barışdım. Çünki məcburam. Neyniyim, boşanaq? Boşanmaq üçün ailə qurmamışam axı. Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar. Nə qədər çox dalaşsaq, ailəmizə ziyandır. Etiraz etdikcə, ailə uçuruma doğru gedir. Uçurumlardan da mən xilas etmişəm. Yoxsa çoxdan boşanardıq. Mən səbrli oldum. Həmişə istəyirdim ki, mən od olum, o su, amma belə olmadı. O od oldu, mən su".



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol