• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”

Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”
16.02.2019 17:01
Dünəndən etibarən əksər elektron media resurslarında Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanovun  həbs olunması ilə bağlı xəbər yayılıb. A.Süleymanov cəmi iki ay müddətində nigahda olduğu həyat yoldaşını döyməkdə ittiham olunur.  Qeyd edək ki, Anar Süleymanovun  həyat yoldaşı da kikboks üzrə dünya çempionudur və  həbs edilən çempionun  tələbəsi  olub.
A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.
Hazırda həbsdə olan çempionun anası Ziyafət Süleymanova Azinforum.az-a açıqlamasında oğlu barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. O, oğlu haqda məlumatların bəzi KİV-lərdə təhrif edildiyindən təəssüfləndiyini bildirib: " Anarın həyat yoldaşı ilə heç bir şəxsi qərəzi olmayıb. Əgər belə qərəz olsaydı, onda biz niyə xərc çəkib ona bahalı toy edirdik? Elə toy günün birinci axşamı  biz Anarla həyat yoldaşı arasında ciddi mübahisənin yaradığını eşitdik. Səs-küyə mən çölə çıxdım. Onların həmin gün nə ilə bağlı dava etdiklərini öz qulaqlarımla eşitmişəm. (Ananın bu məsələnin detalları ilə bağlı söylədikləri incəlikləri etik qaydalara görə təqdim etmirik – red.) Mən qıza dedim ki, ona halallıq vermirəm. Ağlaya-ağlaya rayona getdim və bir ay orda qaldım. Toydan 15 gün sonra Anar xaricə getdi. Bu fakt onun pasportunda da əks olunub.Həmin müddətdə qızın anası və bacısı onunla birlikdə qalıb.  Əgər  Anar ona işgəncə verib, qapalı rejimdə saxlayırdısa, onda necə oldu ki, o hər gün öz evlərinə gedib? Anar işə gedəndən sonra anası qızı götürüb evlərinə qaçırıb. Əgər ona həqiqətən işgəncələr verilirdisə, onda niyə indiyə kimi  evlərinə getmirdi? Neçə dəfə Anardan icazəsiz  gözəllik salonlarına gedib. Bütün bu faktlar sübut edir ki, onların mediaya verdikləri məlumatlar ağ yalandı. Mən əməliyyat olunandan sonra, həmin qız gəlib evdə məni  elə vurdu ki, yaramdan qan açıldı. Hətta həmin hadisə ilə bağlı mənim oğlum qoymadı ki, onu polisə verim. Həmin qızın psixoloji durumu normal deyil. Hazırda 28 may-da psixoloq yanına gedir. Mən təəssüf edirəm ki, bu cür adamın sözlərini əsas götürüb oğlumun haqqında pis məlumatlar yazırlar. Deyilənlərin hamısı iftiradır. Xahiş edirəm ki, onların hamını necə aldadtdığını yazasınız. O qız birinci öz valideynlərini, sonra bizi, ardınca polisi,  indi isə siz mətbuat işçilərini aldadır. Mənim oğlum tanınmış idmançı və dindardı. Onun barəsində yalan danışanlar və yayanlar həm də Allah qarşısında günaha batırlar”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol