• $
  • €
  • ₽
  • ₺
  • £

“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı…” – Ər-arvad intiharının təfərrüatı

“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı…” – Ər-arvad intiharının təfərrüatı
28.05.2020 17:40
Fevralın 15-də Hacıqabulda yaşanan dəhşətli hadisə – ərlə arvadın intihar etməsi ölkədə ciddi rezonans doğurub.
Rayonun Kolanı kənd sakinləri 1982-ci il təvəllüdlü Sahib Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Mayılova da eyni üsulla intihar edib. Sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri vurğulanıb.
Anews.az xəbər verir ki, Modern.az saytı hadisənin təfərrüatı barədə əlavə məlumat əldə etmək üçün intihar edən Əfsanə Mayılovanın əmisi Niyazəli Mayılovla əlaqə saxlayıb:
"Əfsanə ata-anasını erkən yaşlarında itirib. Ata-anası dünyasını dəyişəndən sonra Əfsanəni mən böyütmüşəm. Əfsanə ilə Sahib bir-birlərini o dərəcədə sevirdilər ki, sözlə ifadə edə bilmirəm. Bu da sonu. Onların sevgisinə Romeo- Cülyetta, Leyli-Məcnun adı vermək olardı. 15 il olardı ki, ailəli idilər. Heç vaxt kimsə onların ailəsinə təzyiq göstərə bilməyib. Sahib ailəsinə kimlərinsə müdaxilə etməsinə imkan verməyib”.
Niyazəli Mayılov xatırladıb ki, ər-arvad hər ikisi eyni gündə intihar edib:
"Sahib atası evində özünü asıb. Həmin gün Əfsanəyə deyib ki, get əmingilə, bir az başın dincəlsin, ürəyin açılsın. Elə Əfsanə bizdə olanda xəbər gəldi ki, Sahib özünü asıb. İnanmadıq. Qəribəsi o idi ki, bütün qohumlar ora toplaşıb ağlayanda Əfsanə ağlamırdı. Eləcə dayanıb baxırdı. Əfsanənin atası evi də ora yaxındır. Qadınlar deyib ki, "gedək yas məclisi üçün bir-iki şey-şüy gətirək”. Əfsanə də deyib ki, "siz gedin, evi yığışdırıb gəlirəm”. Əfsanəni gözləsək də gəlib çıxmadı. Atası evinə qayıdanda gördük ki, o da özünü orda asıb. Danışa bilmirəm. O qədər bir-birinə yaraşırdılar ki! Özlərinin evi ayrı idi. Bir neçə dəfə müalicə almışdılar. Ancaq maddi imkansızlıq müalicəni davam etdirməyə mane olurdu”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol