• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-sabit hava şəraiti oktyabrın 11-dək davam edəcək

Qeyri-sabit hava şəraiti oktyabrın 11-dək davam edəcək
08.10.2014 16:32
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu vaxta kimi ölkə ərazisində yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bu günlərdə havanın temperaturu Bakı və Abşeron yarımadasında 15-19 dərəcə isti, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti arasında dəyişəcək. Oktyabrın 11-i gündüzdən sonra hava şəraiti nisbətən mülayimləşəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. A.Verdiyev qeyd edib ki, Azərbaycanın yüksək dağlıq ərazilərində qar örtüyü oktyabrın 6-dan 7-nə keçən gecə və səhər müşahidə olunub. Belə ki, qar örtüyü Böyük Qafqazın Şahdüz zirvəsində 15 sm, Xınalıq kəndində 10 sm olub. Ən çox yağışlar da Lənkəran-Astara bölgəsi və Böyük Qafqazın ərazisinə yağıb. Bu ərazilərdə yağışlar leysan xarakterli, intensiv olub. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol