• $
  • €
  • ₽
  • ₺
  • £

Çörək bahalaşıb? - Nazirdən açıqlama

Çörək bahalaşıb? - Nazirdən açıqlama
18.02.2019 16:40
Azərbaycanda çörəyin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb, hətta bəzi sahibkarların artıq çörəyin çəkisi hesabına qiyməti qaldırdığı iddia olunur.

İqtisadiyyat naziri Şahin Mustafayev bu barədə məlumatlara aydınlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycan buğdanın bir hissəsini idxal edir və idxal etdiyi ölkələrdə buğdanın qiyməti bir qədər artıb.

"Bunun təsiri Azərbaycanda da hiss oluna bilərdi. Amma hökumət tərəfindən zəruri tədbirlər görülüb. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla, həmçinin, ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib, hesablamalar aparılıb. Hazırda çörəyin qiymətində hər hansı dəyişiklik gözlənilmir. Lazım olan hallarda hökumət tərəfindən əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir etməsin”, - deyə nazir qeyd edib.

O bildirib ki, bazarda qiymətlər gündəlik nəzarətdə saxlanılır:  

"Bütün zəruri ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Hazırda hər hansı süni qiymət artımına rast gəlinmir. Hökmran mövqeyə malik sahibkarlar tərəfindən süni qiymət artımına yol verilməsinin qarşısı daim alınır. Bazar prosesində bəzi qiymətlər arta, düşə bilər.

Bu, normal prosesdir. Əsas odur ki, hökumət tərəfindən, aidiyyəti strukturlar tərəfindən nəzarət təmin olunur. Süni qiymət artımı aşkar olunarsa, dərhal müdaxilə olunur, tədbirlər görülür. Digər tərəfdən qiymətlərin artım səbəbləri araşdırılır və zəruri olan hallarda mütləq iqtisadi alətlərlə qarşısı alınır”.

Ş.Mustafayev vurğulayıb ki, dövlət tərəfindən ölkədə süni qiymət artımlarının qarşısının alınması üçün tədbirlər görülür:

"Ölkəyə idxal olunan, payı 35 faizdən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda analoji payı olan istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməzlər”.

oxu.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol