• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin yaxın adamı azadlığa buraxıldı

“Lotu Quli”nin yaxın adamı azadlığa buraxıldı
18.02.2019 17:17
Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Emil Xəlilova hökm oxunub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E.Xəlilovun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib. E.Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E.Xəlilov həm də dövlətə pul "atmaq”da ittiham edilir. O, rəhbərlik etdiyi şirkətlərlə dövlətin "Azərbaqqaliyə” TTK orqanı arasında müqavilə bağlayıb və ölkəyə şəkər tozu gətirəcəyini vəd edib. Lakin dövlət onun şirkətlərinə pulu köçürdükdən sonra vədinə əməl etməyərək dövlətin bir neçə milyon manat pulunu mənimsəyib. 

"İnterpol” tərəfindən axtarışda olan E.Xəlilov 2018-ci ilin avqust ayında Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 

E.Xəlilov "Lotu Quli”nin yaxın köməkçisi kimi tanınıb. Onun kriminal aləm üzvləri ilə yaxınlığını saxlanıldığı zaman Ukraynanın baş nazirinin müavini Yevgeni Yenin də təsdiqləyib. 

Yenin o zaman mətbuata açıqlamasında bildirmişdi ki, azərbaycanlı narkobaron Ukraynada saxta sənədlərlə yaşayıb və Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. E.Xəlilov saxlanılmadan bir müddət əvvəl oğru aləmində ad alıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol