• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah saat 13:07-ə HAZIR OLUN! - Nadir hadisə BAŞ VERƏCƏK

Sabah saat 13:07-ə HAZIR OLUN! - Nadir hadisə BAŞ VERƏCƏK
18.02.2019 23:01
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq və Super Ay müşahidə ediləcək.
Anews.az bildirir ki, bu barədə publika.az-a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, Ay Yerə əksər hallarda ildə bir dəfə, bəzi hallarda iki dəfə ən yaxın məsafədə olur:
"Ayın Yer ətrafında hərəkəti dartılmış orbit üzrədir. Onun 27 gün davam edən fırlanması zamanı bir dəfə ən yaxın, bir dəfə isə ən uzaq məsafədə olur. Ayın Yerə minimal yaxınlaşmasına perigey, maksimal uzaqlaşmasına isə apogey deyilir. Bədirlənmiş Ay perigey nöqtəsindən keçən vaxtlara düşürsə, bu hallarda Super Ay müşahidə edilir. Sonuncu dəfə bu hadisə ötən il yanvarın 1-də müşahidə edilmişdi, bu il isə fevralın 19-na təsadüf edəcək. Proses Bakı vaxtı ilə 13:07-də baş verəcək. Sabah 19:07-də Ay tam bədirlənəcək. Bununla da tam dolu ay müşahidə edəcək".

X.Mikayılov bildirib ki, bu il yaxınlaşma zamanı Ayla Yer arasındakı məsafə 356765 km olacaq, keçən il daha yaxın 356565 km olmuşdu.
"Son 3 ildə Ay Yerə 2016-cı il 14 noyabrda ən yaxın- 356 511 km məsafədə olub. Bu məsafələrin fərqli olmasının səbəbi Ayın Yer ətrafında dartılmış orbit üzrə hərəkət etməsidir. Ay Yerə ən uzaq 400 min km məsafədə olur".
X.Mikayılov Ayın Yerə ən çox yaxın olduğu vaxtda ölçüsü 13-14 faiz böyüyə bilir, daha parlaq olur. Bu hadisə Yerdə yalnız qabarma və çəkilmələrə təsir edə bilər. Nə qədər yaxın olursa, qabarma qüvvəsi daha çox olur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol