Sabah hava necə olacaq?

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif çiskin olacaq, axşama doğru yağış yağacaq. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-14, gündüz 16-21 dərəcə isti olacaq.Sabah Azərbaycanın bölgələrində arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























