• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə! Buna görə cərimələnə bilərsiz - VİDEO

Sürücülərin nəzərinə! Buna görə cərimələnə bilərsiz - VİDEO
20.02.2019 10:41
Avtomobilin üzərində "2019" yazılan texniki baxış talonu olsa belə, sürücülər texniki baxışa görə 40 manat cərimələnə bilərlər. Bunun olmaması üçün sürücü texniki baxışa nə vaxt yaxınlaşmalı olduğunu özü bilməlidir.

Amma əksər sürücülər bu məlumata sahib deyil. Bəs bunu haradan öyrənmək olar?

Xezerxeber.az-ın məlumatına görə, ötən illərdə verilmiş və avtomobilin alın şüşəsinə yapışdırılan talonlar qanunvericiliyin dəyişməsi ilə qanuni qüvvəsini itirib və orada göstərilən ayların da heç bir mənası qalmayıb.

Qanunvericiliyə edilən dəyişikliklə sürücü istehsal müddəti 10 ili ötmüş avtomobilini ötən il hansı tarixdə texniki baxışdan keçiribsə, bu il də həmin tarixdə və ya maksimum 20 gün sonra müayinədən keçirməlidir. Yəni sürücü bu vaxtı ötürsə, hətta üzərində 2019 yazılan talonu olsa belə, hər an 40 manat cərimələnə bilər. Bunun olmaması üçün isə texniki baxışa nə vaxt yaxınlaşmalı olduğunu əvvəlcədən öyrənməlidir. Amma əksər sürücü bunu bilmir.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyevin sözlərinə görə, sürücü bunu ''ASAN Pay'' sistemindəki kabinetindən öyrənə bilər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, bu üsul yetərsizdir. Çünki əksər sürücülərin ''ASAN Pay'' kabineti yoxdur və buna görə əlavə məlumatlandırıcı tədbirlərə ehtiyac var.

Ərşad Hüseynovun sözlərinə görə, bu məlumatlar yol polisinin mərkəzi bazasında da mövcuddur. Ona görə sürücülər texniki baxışla bağlı məlumatı yol polisinin ekipajına və ya idarələrinə yaxınlaşaraq da dəqiqləşdirə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol