Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş etdi

Bakı-İstanbul reysini həyata keçirən "Buta Airways” aviaşirkətinin təyyarəsi dumanlı hava şəraiti ilə əlaqədar Ankara aeroportuna məcburi eniş edib.
"Buta Airways” aviaşirkətindən Anews.az-a verilən məlumata görə, İstanbulun Sabiha Gökçən hava limanına uçuş edən "Buta Airways”in "J2 9103” nömrəli aviareysində hava gəmisinin kapitanı dumanlı hava şəraiti səbəbindən Ankaranın Esenboğa hava limanına məcburi eniş etmək qərarına gəlib.
Təyyarə Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Ankaradan İstanbula yola düşəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























