Şəmkirdə qəza - Polis əməkdaşı hadisə yerində öldü

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Toyota Prado” ilə "VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində "VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.
Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























