Qadın tövlədə, kişi evində özünü asdı - Bir gündə iki intihar

Sumqayıtda və Lənkəranda intihar hadisəsi baş verib.
Anews.az report-a istinadən xəbər verir ki, Lənkəranda 50 yaşlı qadın intihar edib. Hadisə Yuxarı Nüvədi kəndində qeydə alınıb. Həmin kənddə Reyhan Teymurova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Meyit müayinə olunmaq üçün morqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Sumqayıt şəhərində ahıl kişi intihar edib. Hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. Belə ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Fərrux Niyazəli oğlu Zeynalov yaşadığı evdə özünü kəndirlə asaraq öldürüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























