• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı biznesmen Rusiyada kosmodrom tikir

Azərbaycanlı biznesmen Rusiyada kosmodrom tikir
21.02.2019 14:57
Azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus Group” holdinq Rusiyanın "Vostoçnı” kosmodromunun tikintisində "Roskosmos”un yeni podratçısına çevrilə bilər.

Bu barədə RBK-ya holdinqin prezidenti A.Ağalarov məlumat verib.

"Hökumətdən müvafiq tapşırıq daxil olsa, "Crocus Group” "Roskosmos”un podratçısı ola bilər. Yaxın Şərqdə topladığımız təcrübəni - "Russkiy adası”nda Uzaq Şərq Federal Universitetinin tikintisini - o vaxt milyon kvadrat metrdən çox sahəsi olan kompleksin tikintisi üçün tələb olunan resurslara malik idik - nəzərə alsaq, bizim şirkət bu məsələni çözməyə qadirdir”, - deyə biznesmen bildirib.

"The Bell”in məlumatına görə, hazırda "Crocus”la danışıqlar davam edir. Danışıqlar müsbət nəticə versə, şirkətin ağırçəkili "Anqara” raketi üçün start kompleksini inşa edəcəyi gözlənilir. Lahiyənin qiyməti 40 milyard rubl (təxminən 1,036,000,000 manat) qiymətləndirilir.

A.Ağalarovun holdinqinin layihəyə dəvət olunması əvvəlki baş podratçı "Kazan” İstehsalat Tikinti Birliyinin işlərə vaxtında başlamaması ilə əlaqədar olub. "The Bell”in müsahibinin sözlərinə görə, buna görə işlər növbəti dəfə ertələnməli olub.

RBK-nın "Roskosmos”a yaxın mənbəsi "Crocus” holdinqlə əməkdaşlıqla bağlı müzakirələrin getdiyini təsdiqləyib. "Crocus Group”un dövlət korporasiyasının podratçısı olma ehtimalı 90% civarında qiymətləndirilir. 

"Tikintinin ilk mərhələsi ötən il yekunlaşmalı olsa da, planlaşdırılan obyektlərin yalnız dörddə bir hissəsinin tikintisi başa çatıb”, - deyə Rusiya baş naziri Dmitri Medvedev yanvar ayında bildirmişdi.

Qeyd edək ki, "Crocus Group” Rusiyada başlıca olaraq ticarət və sərgi komplekslərinin tikintisi və istismarı üzrə ixtisaslaşıb.

Habelə son illər A.Ağalarov məsuliyyətli dövlət sifarişlərini də qəbul edir. 2013-cü ildə "Crocus Group” "Russkiy adası”nda Uzaq Şərq Federal Universitetinin tikintisini həyata keçirib, daha sonra Kalininqrad və Rostovda futbol üzrə dünya çempionatı üçün stadionlar tikib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol