• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək

“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
29.05.2020 07:44
Ölkənin ən gənc mobil operatoru olan "Nar”, şəbəkənin genişləndirilməsi, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası ilə yanaşı, ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırmaqdadır. Mobil operator özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli insanlara qayğı, onların cəmiyyətə inteqrasiyası, eyni zamanda təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliğı istiqamətində sosial layihələrini bu il də davam etdirəcək. Xüsusilə də fiziki məhdudiyyətli insanların işlə təmin olunması, onların müxtəlif peşə bacarıqlarına yiyələnməsi  istiqamətində müxtəlif addımlar atacaq. Qeyd edək ki, "Nar” ötən il 21 sosial layihəni uğurla icra edib.

"Azerfon”un İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, "Nar” telekommunikasiya sahəsinə irihəcmli investisiyalar yatırmaqla yanaşı, əhəmiyyətli sosial layihələr həyata keçirməkdə davam edəcək: "”Nar” telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə iştirak etməyi özünə borc bilir. "Nar” olaraq, korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bu il də əsas hədəfimiz fiziki məhdudiyyətli insanlara dəstək, eləcə də elm və təhsilin təbliğidir”.

Xatırladaq ki, "Nar” ötən il bir çox uğurlu layihələr icra edib. Autizm sindromundan əziyyət çəkən, eşitmə məhdudiyyəti olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olub. Mobil operator eyni zamanda, gənclərdə oxumaq həvəsini artırmaq, gənc kadrların formalaşması üçün müsabiqələrə, intellektual yarışlara dəstəyini nümayiş etdirib, müxtəlif universitetlərlə əməkdaşlıq qurub və onların təqaüd proqramında iştirak edib. 
 
Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.   

 "Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol