• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəbdə qadın müəllimlər arasında dava: cinayət işi başlanıldı

Bakıda məktəbdə qadın müəllimlər arasında dava: cinayət işi başlanıldı
21.02.2019 17:29
Bakıda orta məktəbin qadın müəllimləri dava edib, fakt üzrə cinayət işi başlanılıb.

Anews.az report-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin müəllimləri - D.İsayeva ilə Q.Süleymanova arasında əvvəl mübahisə düşüb. Mübahisə zamanı D.İsayeva həmkarına zor tətbiq edib.

Q.Süleymanovanın şikayəti əsasında D.İsayevanın barəsində Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə) maddəsi ilə cinayət işi başlanılıb. D.İsayevanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası martın 6-na təyin edilib. Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib.

272 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə report-a açıqlamasında bildirib ki, hadisə məktəbdən kənarda olub: "Onların öz şəxsi problemləri var idi. Hazırda hər iki müəllim məktəbdə çalışır".

Qeyd edək ki, müəllimlərdən biri riyaziyyat, digəri isə ibtidai sinif müəllimi işləyir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol