Azərbaycan əhalisinin sayı 10 milyona nə vaxt çatacaq?

Azərbaycan əhalisinin sayı martın sonu - aprelin əvvəlində 10 milyon nəfərə çatacaq.
Anews.az trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
T.Budaqov bildirib ki, bu proqnoz komitənin hesablamalarına əsaslanır.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 9 981 457 nəfər təşkil edib.
Əhalinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kəndlərdə yaşayır, 49,9 faizi kişi, 50,1 faizi isə qadındır.
Əhalinin sıxlığı hər kv.km-ə 115 nəfər təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























