Azərbaycanda qızı qaçırılan ailə oğlan evinə hücum edib - FOTO

Masallı rayonunun Alışanlı kəndində evə hücum olub.
ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, kənd sakini Xalıq Məmməd oğlu Həsənovun evinə 4 nəfər məqsədli şəkildə zor gücünə daxil olaraq ailə üzvlərini döyüblər.
Zərərçəkənlərin ONA-ya verdiyi məlumata görə, hücum edən şəxslər onlara qarşı bıçaq və şüşə ilə xəsarətlər yetirib və evi dağıdıblar.
İlkin məlumata görə, hadisəyə Həsənovların oğlunun hücum edən tərəfin qızını qaçırması səbəb olub.
Hücuma məruz qalan tərəf hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























