• $
  • €
  • ₽
  • ₺
  • £

“Yuxuda dedi ki, ana, səni istəyirəm...” Şəhid Zakir Cəfərovun anası...

“Yuxuda dedi ki, ana, səni istəyirəm...” Şəhid Zakir Cəfərovun anası...
25.02.2019 12:57
2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Xocavənd rayonu istiqamətində düşmən tərxibatının qarşısını alarkən beş hərbçimiz şəhid oldu. Bu gün onların şəhadətindən iki il ötür. Şəhid olan hərbçilərimizdən biri də beş nəfərlik qrupun istehkamçısı əsgər Zakir Cəfərovdur.

Ailədə iki qardaş olan Zakirgil müəllimə anası Kəmalə xanımın verdiyi tərbiyə ilə vətənə sevgini öyrənib. Evin böyük oğlu olan Zakir orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. 2017-ci ildə isə hərbçi yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid olub.

Şəhidimizin anası Kəmalə xanım açıqlamasında Zakirsiz daha bir ilin ötməsinə görə, heyfsiləndi. Bildirdi ki, onsuz çox çətindi, sadəcə həyatımızın adı yaşamaqdı:

"Bu gün ikinci il mərasimini keçirdik. Daha bir il ötdü Zakirsiz. Sabah isə Zakirin xidmət etdiyi hərbi hissəyə yola düşəcəyik. Orada şəhidlərimizlə bağlı tədbir keçiriləcək. Zakir tez-tez yuxuma girir, elə iki il öncə fevralın 23-də telefonla danışmışdıq. Mənə dedi ki, "Özünüzdən muğayat olun". Fevralın 24-dən 25-nə keçən gecə də şəhid oldular. İki gün neytral ərazidə qaldıqlarını bilmirdik, zəng vururduq, amma cavab verən yox idi. Onlar neytral ərazidən götürüldükdən sonra Zakirin şəhid olduğunu saytlarda xalası oxuyub. İşdən evə gələndə gördüm ki, millət bizdədi. Bu il fevralın 23-də yenə Zakir yuxuma girdi. Gördüm uzanıb deyir ki, "ana, səni istəyirəm...".

Şəhid anası ötən bu iki ili ancaq onlara dəstək olan insanların sayəsində ayaqda durduqlarını bildirdi:

"Var olsun, yaxşı dostlar. Onların sayəsində ayaqdayıq. Bizi diqqətdən kənarda qoymurlar. Həmişə yanımızdadırlar. Zakir çox dostlar qazanmışdı, indi o, dostlar bizi yalnız qoymur. Qrup yoldaşlarından biri yeni doğulan oğlunun adını Zakir qoydu. Əlbəttə bizim üçün çox çətindir, sadəcə, həyatımızın adı yaşamaqdır".

Xatırladaq ki, Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. 2016-cı il yanvarın 7-də hərbi xidmətə yollanıb. Beyləqan rayonunda hərbi xidmətə başlayıb. Zakir sonradan xidmətini davam etdirmək üçün Xocavənd rayon Qaradağlı kəndinə yollanıb. 2017-ci il fevral döyüşləri zamanı Zakir dörd hərbçi yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid olub. Fevralın 27-də beş hərbçimizin nəşi neytral ərazidən götürülərək, dəfn edilməsi üçün ailələrinə, yaşadıqları ünvana gətirilib. Şəhid Zakir Cəfərov fevralın 28-də Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən qəbiristanlıqda böyük izdihamla dəfn edilib. Şəhid Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, "Şücaətə görə" medalı ilə təltif edilən ilk hərbçidir.

Xatırladaq ki, həmin əməliyyatda mayor Aqşin Abdullayev, kapitan Şahlar Nəzərov, baş-leytenant Tural Həşimli və gizir Zülfi Qədimov şəhid olub.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
"Mederator"

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol