14 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Sabah Bakıda 14 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.
Bu barədə Anews.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1 hərəkət trayektoriyası da dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























