Duzun daha bir zərəri aşkarlandı

Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə deyilir.
Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik xəstəlik - red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib.
Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub.
Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən atopik dermatit meydana gəlir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























