• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin adamına hökm oxundu – Azərbaycanlı biznesmeni öldürmüşdü

“Lotu Quli”nin adamına hökm oxundu – Azərbaycanlı biznesmeni öldürmüşdü
25.02.2019 21:09
Sankt-Peterburqun Kuybışevski rayon məhkəməsində 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədova hökm oxunub.
"Qafqazinfo”  xəbər verir ki, həmvətəni, sahibkar Füzuli Qarayevi öldürməkdə təqsirli bilinən M. Məmmədov 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarında qeyd olunur ki, həm ölən, həm də ittiham olunan şəxslər "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun silahdaşları olublar və Rusiyanın Şimal paytaxtında "çörək yeri” uğrunda mübarizə aparıblar. Belə ki, Məmmədov Peterburqda Azərbaycandan olan kiçik sahibkarlardan "vergi” toplamağa məsuliyyət daşıyıb. Lakin onu bu "vəzifə”də Qarayev əvəzləyəndən sonra tərəfdaşlar düşmənə çevriliblər. Mahir Məmmədov situasiyadan çıxmaq üçün "həmkar”ını zərərsizləşdirmək qərarına gələrək "post”unu geri qaytaracağını düşünüb.
Xatırladaq ki, güllələnmiş Füzuli Qarayevin cəsədi ötən il aprelin 30-da "Apraksin dvor” bazarında tapılıb. Cinayətin törədildiyi an müşahidə kameralarına düşüb. Görüntülərdə kişilərin öncə mübahisə etdiyi, daha sonra onlardan birinin digərini bir neçə dəfə güllələdiyi görünür.
Rusiyanın Cinayət Axtarış İdarəsi qətldə şübhəli bilinən şəxsi hadisənin növbəti günü "isti izlər”lə saxlayıb.
M.Məmmədov yaşadığı mənzildə yaxalanıb. O, otaqlardan birindəki şkafda gizlənərkən ələ keçirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol