“Sədərək”də yanğın
Bakı şəhərinin Qaradağ rayonunda, "Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























