• $
  • €
  • ₽
  • ₺
  • £

Meşələr niyə çəpərlənir? – RƏSMİ AÇIQLAMA

Meşələr niyə çəpərlənir? – RƏSMİ AÇIQLAMA
26.02.2019 14:46
"Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb.

Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov meşələrin bəzi hissələrində çəpərlənmə aparılacağı ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək.

"Dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır və ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğınlar və fəlakətlər buna bir sübutdur.

"Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi. Buna görə meşələrin giriş-çıxış çox olan sahələrində çəpərlərlənmə işləri aparılır.

Bir daha bildirirəm ki, meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq və söhbət əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir", - deyə nazirlik rəsmisi bildirib.

S.Salmanov vurğulayıb ki, ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol