Türkiyə vətəndaşı Bakıda 80 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü İbrahim Tayat Fehmi oğlu idarə etdiyi "İsizu” markalı, 90 JN 116 dövlət nömrə nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada, 1939-cu il təvəllüdlü Aydın Abbas oğlu Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























