• $
  • €
  • ₽
  • ₺
  • £

Proqnozu doğru çıxan alim: “9 bal gücündə zəlzələ olacaq”

Proqnozu doğru çıxan alim: “9 bal gücündə zəlzələ olacaq”
26.02.2019 17:40

Dünyaca məşhur holland zəlzələ mütəxəssisi Frenk Huqerbits daha bir təbii fəlakətlə bağlı xəbərdarlıq edib.


BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, alim bu dəfə 9 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb.


Alim təxminini 1960 və 1964-cü illərdə Çilidə 9.5 bal və Alyaskada 9.2 bal gücündə zəlzələlərə əsaslanaraq hazırlayıb. Frenk Huqerbitsin həmin dövrdə baş verən tektonik hadisələrin indiki dövrə uyğun olduğunu deyib.


Qeyd edək ki, Frenk Huqerbits bu ilin fevral ayının 21-də güclü zəlzələ olacağı ilə bağlı xəbərdarlqı etmişdi. Onun proqnozu özünü doğrultmuşdu. Belə ki həmin gecə Türkiyədə 5,4 bal, bir gün sonra Ekvadorda 7.7 bal gücündə zəlzələ olmuşdu.


Xatırladaq ki, Frenk Huqerbitsin proqnozu ilə bağlı azərbaycanlı alimlər də öz fikirlərini bildiriblər.

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Alim deyib ki, Azərbaycanda heç bir dağıdıcı zəlzələnin baş verəcəyi ehtimal olunmur: "Dünyada hər gün müxtəlif bal gücündə zəlzələlər olur. Ümumiyyətlə, il ərzində Yer kürəsində 100 min zəlzələ hadisəsi qeydə alınır.
 


Bunların arasında dağıdıcı zəlzələlər də baş verir. Qeydə alınan zəlzələlərin əksəriyyəti 5,5-8 bal arasında özünü göstərir. Hətta yaxın keçmişə nəzər yetirsəniz, dünyanın bir çox ölkələrinin zəlzələdən əziyyət çəkdiyini görəcəksiniz”.

Baş direktorun sözlərinə görə, Azərbaycanın seysmik zonalarında davam edən afterşokların azaldığı müşahidə olunur:

"Fevralın 5-dən bu günə qədər, təxminən, 600-dən çox afterşoklar qeydə alınıb.


Zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Tədricən sona çatacaq. Çünki yerin altında enerji boşalması gedib. Əvvəllər gün ərzində 20-30 afterşok qeydə alınırdısa, artıq afterşokların günlük sayı 5-6-ya düşüb”.

O əlavə edib ki, dağıdıcı zəlzələlər hər zaman ola bilər:

"Amma yaxın zamanda Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli isə BAKU.WS-ə açıqlamasında bildirib ki, dünyanın heç bir yerində zəlzələ olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.


"Qısamüddətli proqnozu nəinki Azərbaycanda, bütün dünyada demək qeyri-mümkündür”, - deyə Tahir Məmmədli bildirib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol