• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş – Təfərrüat

Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş – Təfərrüat
26.02.2019 20:13
Xəbər verdiyimiz kimi, Quba rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı "Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.
Anews.az Unikal.org-a istinadən xəbər verir ki, Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimdir. Zeynalovlar Qubada yaşayır. Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyətinin başçısının müavinidir. Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.
A.Zeynalovun adı mətbuata heç də yad deyil. Belə ki, onun oğlunun davranışları və bahalı obyektləri daim ictimaiyyətin müzakirəsinə səbəb olub.
Xatırladaq ki, A.Zeynalovun oğlu Əbil Zeynalov 2013-cü ilin iyunun 9-da paytaxtın Azadlıq meydanında idarə etdiyi 190 min manatlıq "Mercedes Gelandwagen” markalı avtomobillə 13 yaşlı paytaxt sakini Tahirə İsmayılovanı vuraraq öldürmüşdü.
Hadisə zamanı tutulan 19 yaşlı sürücünün daha sonra sərbəst buraxılması vəziyyəti daha da qəlizləşdirib və sosial şəbəkələrdə ciddi etirazlara səbəb olmuşdu.
Bundan başqa A.Zeynalov Hüseynqulu Bağırov tərəfindən Qubada meşə fondu torpaqlarındakı "Orman” adlanan ictimai iaşə obyektinin qanunsuz olaraq sökülməsi haqqında xəbərlə gündəmə gəlmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol