Azərbaycanda 13 yaşlı uşaq enerji içkisindən öldü

Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.
Hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
O, 7-ci sinif şagirdi idi./report/
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























