• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Gömrük Komitəsinin Akademiyası və Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi arasında saziş imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası və Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi arasında saziş imzalanıb
27.02.2019 13:32
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Türk Standartları İnstitutu (TSİ) tərəfindən Akademiyanın şəxsi heyəti üçün təlimlərin keçirilməsi məqsədilə  sözügedən İnstitutun Azərbaycandakı nümayəndəliyi ilə saziş imzalanıb. 

Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov, TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu, TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani və Akademiya kollektivi iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov Gülhan Yüzereroğlunu və Arif Qanini Akademiyada görməkdən məmnunluğunu ifadə edib. O, Gülhan Yüzereroğluna DGKA ilə əməkdaşlığa görə minnətdarlığını bildirib. 

Qulu Novruzov Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması üçün hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini deyib. Akademiya rəisi  DGKA-nın dörd standart üzrə İSO-nun sertifikatlarına sahib olmağı hədəf seçdiklərini vurğulayıb. Qulu Novruzov fəaliyyətin beynəlxalq standartlara uyğun qurulması üçün ilk olaraq keyfiyyətin təminatı üzrə beynəlxalq standart sertifikatının əldə edilməsinin vacibliyini bildirib.

TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu ölkəmizdə on ay bundan öncə fəaliyyətə başlamasına baxmayaraq, burada özünü doğma hiss etdiyini bildirib. Gülhan Yüzereroğlu təmsil etdiyi qurum haqqında qısa məlumat verərək, Akademiyaya lazımi dəstəyi verməyə hər zaman hazır olduğunu bildirib. O, imzalanacaq sazişin TSİ ilə Akademiya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ilk addım olduğunu nəzərə çatdırıb. 

Sonra sazişin imzalanma mərasimi olub. İmzalanma mərasimindən sonra TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani Akademiya əməkdaşları üçün təlimə başlayıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol