• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən yaşlı şəxs kimdir?

Azərbaycanda ən yaşlı şəxs kimdir?
28.02.2019 10:09
Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.

Anews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.


Onun sözlərinə görə, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib:

"Tədqiqatlarımız hələ ki, Azərbaycanın cənub bölgələrində aparıldığından yalnız bu bölgələrin ən yaşlı sakini haqqında məlumat verə bilərik. Bu tədqiqatlara əsasən, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarova sayılır”.

U.Həşimova qeyd edib ki, bir çox hallarda uzunömürlülərin sənədlərində göstərilən yaşla onların əsl yaş göstəriciləri üst-üstə düşmür. Buna görə də uzunömürlülər tədqiq olunarkən hər şeydən əvvəl onların yaş verifikasiyası aparılır.

İnstitutunun direktoru bəzən ən yaşlı insan haqqında onların sənədinə istinadən yayılan məlumatların da elmi əsasının olmadığını söyləyib.

Qeyd edək ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 108 yaşlı Vəsmə Məmmədova son 3 il ərzində Azərbaycanın ən yaşlı uzunömürlü (yaşı verifikasiya olunmuş uzunömürlülər arasında) sakini hesab olunurdu.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol