• $
  • €
  • ₽
  • ₺
  • £

13 yaşlı Şamil enerji içkisindən ölməyib - Nazirlik

13 yaşlı Şamil enerji içkisindən ölməyib - Nazirlik
28.02.2019 14:59
Bərdədə 13 yaşlı uşağın enerji içkisi qəbul edəndən sonra ölməsi faktı təsdiqlənməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Dəymədağıldı kənd sakini, 2006-ci il təvəllüdlü Şamil Namiq oğlu Babazadə enerji içkisindən deyil, onkoloji xəstəlikdən dünyasını dəyişib. "Uşaq enerji içkisi qəbul edib, buna görə də, yaxınları vəziyyətinin pisləşməsini bununla əlaqələndiriblər", - nazirlikdən qeyd olunub.

Verilən məlumata görə, Şamil fevralın 26-da ağır vəziyyətdə Bərdə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Xəstənin müayinəsi zamanı rentgenoqrafiyada ilkin olaraq "Soltərəfli plevropnevmaniya, ağciyərin emfizeması" diaqnozu qoyulub. Uşağa göstərilən tibbi yardıma baxmayaraq, onun vəziyyəti dəyişməyib, buna görə də, həkim nəzarətində Bakıdakı Respublika Klinik Uşaq Xəstəxanasına gətirilib, reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra döş qəfəsinin KT müayinəsi edilib, ona "Sağ ağciyərin orta payının şişi, ağciyər emfizeması, hematoraks, hər iki ağciyərdə plevropnevmaniya" diaqnozu qoyulub. Ş.Babazadə Təcili Yardım Xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsinə köçürülüb. Uşaq həmin şöbəyə daxil olduğu qısa müddət ərzində vəfat edib.(virtualaz.org)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol