• $
  • €
  • ₽
  • ₺
  • £

Serbiyada “Nəsimi medalı” təsis edildi

Serbiyada “Nəsimi medalı” təsis edildi
28.02.2019 22:00
Serbiyanın nüfuzlu və qədim tarixə malik "Serbiya Kral Akademiyası”nın rəyasət heyəti Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin adına yubiley medalının təsis edilməsi barədə qərar qəbul edib.

Bu barədə Anews.az-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

2019-cu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Nəsimi ili” elan edilməsi münasibətilə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyi tərəfindən Serbiya Kral Akademiyasına müraciət edilib və Azərbaycanın dahi şairinin adının daşıyan medalın təsis edilməsinin nəzərdən keçirilməsi xahiş olunub.
 

Müraciət əsasında Serbiya Kral Akademiyasında cari ilin 8 və 11 fevral tarixlərində rəyasət heyətinin müşavirəsi keçirilib və 20 fevral tarixində Azərbaycanın dahi şairi İmaməddin Nəsimi adına yubiley medalının təsis edilməsi barədə müvafiq qərar qəbul edilib. Qərarla həmçinin Serbiyanın dahi yazıçısı, şair, Nobel mükafatçısı İvo Andriçin adına xatirə medalı təsis edilib.
 

Nəsiminin 650 illiyinə həsr ediləcək yubiley medalı ilə Azərbaycan və Serbiyada öz fəaliyyəti ilə xüsusi fərqlənən yazıçı və şairlərin təltif edilməsi nəzərdə tutulur.

Müşavirədə həmçinin Azərbaycanın Serbiyadakı Səfirliyi və Serbiya Kral Akademiyasının dəstəyi ilə  Azərbaycan Mədəniyyət Mərkəzində Nəsiminin 650 illik yubileyinə həsr edilmiş simpoziumun keçirilməsinə dair təklif müzakirə edilib və təklif yekdilliklə qəbul olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol