• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu şəxslərin maaşı artırılır

Azərbaycanda bu şəxslərin maaşı artırılır
28.02.2019 17:05
Əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması üzrə İşçi qrupun iclası olub.

Bu barədə Anews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, martın 1-dən minimum aylıq əmək haqqının məbləğinin yaşayış minimumu səviyyəsinə (180 manat) çatdırılması mühüm sosial müdafiə tədbiridir. Minimum əməkhaqqının artımı ilə əlaqədar aylıq tarif (vəzifə) maaşları da artırılaraq tənzimlənməlidir.

"Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" qanun layihəsindən bəhs edən M.Kərimli diqqətə çatdırıb ki, bu layihə dövlət qulluqçularının əməyinin ödəniş sisteminin yeni yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun dövlət qulluğunun xüsusi növü istisna olunmaqla, "Dövlət qulluğu haqqında" qanuna əsasən, dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının əməyinin ödənilməsinin qaydalarını, şərtlərini və məbləğlərini müəyyən edəcək. Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı layihə hazırda rəy və təkliflər əsasında təkmilləşdirilir".
Sonra "Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" qanun layihəsinin məqsədi, əhatə dairəsi, əməyin ödənilməsi sisteminin tətbiqi və əməyin ödənilməsi sisteminin strukturu barədə ətraflı məlumat verilib.

İşçi Qrupunun iclasında minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan və əmək haqları Vahid Tarif Cədvəli ilə tənzimlənən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılaraq tənzimlənməsi və yeni qanun layihəsinin təkmilləşdirilməsi barədə məsələlər müzakirə olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol