Cəlilabadda kütləvi zəhərlənmə

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.
Anews.az "Report"a istinadən xəbər verir ki, hadisə marketlərdən birində qeydə alınıb.
Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.
Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























