• $
  • €
  • ₽
  • ₺
  • £

Separatçı Fəxrəddin Abbaszadə Rusiyada saxlandığı təcridxanadan yoxa çıxıb

Separatçı Fəxrəddin Abbaszadə Rusiyada saxlandığı təcridxanadan yoxa çıxıb
01.03.2019 12:22
Azərbaycan əleyhinə radikal çıxışlar edən, separatçı "Talış Muğan Respublikası"nın rəhbərlərindən olmuş, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbasov Rusiyanın Lyubertsı şəhərində saxlandığı təcridxanadan yoxa çıxıb.

ONA-nın məlumatına görə, bu barədə "Amnesty International” təşkilatı açıqlama yayıb.

Təşkilat bəyan edib ki, fevralın 27-də hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu bildirilən şəxslər onun saxlandığı təcridxanaya gəliblər. Baş Prokurorluğun adından F. Abbasovun azad olunmasını tələb edən məktub təqdim edən şəxslər onu özləri ilə aparıblar. F. Abbasovun şəxsi əşyaları isə təcridxanada qalıb.

Faktı F. Abbasovun vəkili də təsdiqləyib. 

Fevralın 28-də F. Abbasovun məhkəməsi keçirilməli olsa da, məhkəmə onun yerini müəyyənləşdirə bilmədiyi üçün prosesi martın 18-nə təyin olunub. 

Qeyd edək ki, F. Abbasov Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında Rusiya tərəfindən federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Luberts Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbasov haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol