• $
  • €
  • ₽
  • ₺
  • £

Konsulluq xidmətlərinin “ASAN xidmət” mərkəzində göstərilməsinə başlanılıb

Konsulluq xidmətlərinin “ASAN xidmət” mərkəzində göstərilməsinə başlanılıb
01.03.2019 17:22
Konsulluq xidmətlərinin "ASAN xidmət” mərkəzində göstərilməsinə başlanılıb.
 
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 471 nömrəli Fərmanı ilə "Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında edilmiş dəyişikliklərə əsasən Xarici İşlər Nazirliyi tərəfindən konsulluq xidmətlərinin 2019-cu il 1 mart tarixindən "ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi müəyyən edilib.

Bununla da, "ASAN xidmət” mərkəzlərində dövlət orqanları sırasına Xarici İşlər Nazirliyi daxil olunmuş, göstərilən xidmətlərin siyahısında isə konsulluq xidmətləri də yer alıb.

Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılıb və Nazirliyin üzərinə düşən bütün vəzifə və öhdəliklərin qısa müddət ərzində icrası təmin edilib.

Həmçinin xidmətlərin göstərilməsi məqsədilə Nazirliyin təcrübəli əməkdaşlarından ibarət heyət fəaliyyətlərinin davam etdirilməsi üçün "ASAN xidmət” mərkəzinə ezam olunublar.

Beləliklə, 1 mart tarixindən Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə artıq başlanılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol