• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı arvadının sifarişi ilə ermənini öldürüb

Azərbaycanlı arvadının sifarişi ilə ermənini öldürüb
02.03.2019 10:11
Ötən gün martın 1-də Rusiyanın Ulyanovsk şəhərində andlılar məhkəməsi çoxdandır davam edən səs-küylü məhkəmə işi üzrə yekun qərar çıxarıb. Bu hökmə əsasən erməni biznesmen Amiran Aloyanın arvadı Lidiya Süleymanovanın (Aloyan) sifarişi ilə Azərbaycan vətəndaşı Sahib İbrahimov tərəfindən güllələndiyi sübut olunur.


2014-cü il oktyabrın 8-də erməni sahibkar (milliyətcə əslindəyezidi kürdü olduğu ehtimal edilir) Amiran Aloyanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində, Svirsk küçəsindəki evinin qarşısında arvadının və böyük qızının gözləri önündə tüfənglə güllələyiblər.


İstintaqın versiyasına görə bu qətli Aloyanın arvadı Lidiya sifariş etmişdi və Amirana məxsus çörək sexində işləyən azərbaycanlı Sahib İbrahimova 500 min rubl, 16 kalibrli ov tüfəngi verərək ondan ərini öldürməi istəmişdi. Habelə istintaqın gedişində məlum olmuşdu ki, Sahiblə Lidiya arasında intim münasibətlər də olub.


S.İbrahimo həbs edildikdən sonra müstəntiqlərə bütün təfərrüatları danışıb və sifarişi kimin verdiyini deyib. Amma daha sonra ifadələrindən imtina edib. 2018-ci ilin mayında Ulyanovsk vilayət məhkəməsi İbrahimova və Lidiya Aloyana bəraət verib. İbrahimov bu hökmdən sonra Rusiyanı tərk edib.


Amma prokurorluq hökmdən Rusiya Ali Məhkəməsinə protest verib və işə yenidən baxılıb. Nəhayət andlılar məhkəməsi Süleymanovanın və İbrahimovun Aloyanın qətlində günahkar olduqları təsdiqlənib. Süleymanova təcridxanaya göndərilib, İbrahimovun barəsində isə axtarışın elan olunacağı bildirilir.(Virtualaz.org)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol