• $
  • €
  • ₽
  • ₺
  • £

Sona qədər döyüşən 4 qardaş - Onları niyə tanımamışıq? - FOTOLAR

Sona qədər döyüşən 4 qardaş - Onları niyə tanımamışıq? - FOTOLAR
29.05.2020 06:59
Bu materialı oxuduqdan sonra sizdə qeyri-ixtiyari bir sual yaranacaq: bu barədə niyə hələ də bilmirdik? Nəyə görə bu cür ürəkağrıdan, ibrətamiz tarixi filmə çəkmirlər? Niyə sosial şəbəkələrdə sadə Azərbaycan kəndindən olan 3 qardaş kimi öz vətəninin igid oğulları deyil, şou-biznesin parlaq nümayəndələri daha çox müzakirə olunur...
Anews.az axar.az-a istinadən Qarabağ müharibəsində birdən-birə 3 igid oğlunu itirən ailənin hər birimizi düşündürəcək real həyat hekayəsini təqdim edir:
Başlanğıc…
Müharibənin ilk günlərindən Aslanovlar ailəsindən 4 nəfər hərbi xidməyə yollanır. Ailə başçısı Kazım Aslanovun xeyir-duası ilə 4 oğlu – Vidadi, Xəqani, Hasil və Sabiq Aslanovlar müharibəyə gedir. Qardaşlardan ikisi Ağdam, ikisi isə Xocalıda döyüşür.
Qardaşlar göstərdikləri igidlik və möhkəmliyə görə komandir təyin olunur, onların çiyinlərinə ən çətin tapşırıqlar qoyulur.
Basqın və Xocalı qətliamı...
26 fevral 1992-ci il... Bu tarix Aslanovlar ailəsinin taleyində dönüm nöqtəsinə çevrilir.
Qardaşlardan biri – Xəqani Aslanov Xocalının dinc əhalisinə yardım edir. O, fərqli yollarla 160 nəfəri mühasirədən Ağdama aparmağa nail olur. Bütün yaralıları öz evinə aparır, yoldaşı və anasına təhvil verir.
Növbəti dəfə mühasirədə qalan digər insanları xilas etmək üçün Xocalıya qayıtmaq istədikdə isə düşmən onu görür. Atışma baş verir. Cəsur Xaqani düşmən gülləsinə tuş gəlir.
Həmkarları onun haqqında belə deyirdilər: "O, qorxunun nə olduğunu bilməyən əsl qəhrəman idi”.
Xəqaninin ölümü səngərlərdə döyüşən qardaşlarını daha da irəli getməyə məcbur edir.
"Bu qara xəbərlərdən sonra qardaşlar demək olar ki, yatmır. Onlar könüllü olaraq ön xəttə getmək istəyirlər”, - Hasil və Vidadi Aslanovların komandiri xatırlayır.
Bir il keçir. 23 iyun 1993-cü il. Azərbaycanın Ağdam rayonu istiqamətində döyüşlər gedir. İki qardaş Hasil və Vidadi, Vidadinin 17 yaşlı oğlu, həmçinin bir neçə əsgər bu istiqamətdə artıq Azərbaycan ordusunun olmamasına baxmayaraq, Ağdam rayonunun Şelli kəndinin müdafiəsində qalırlar.
Şiddətli atışmadan sonra döyüş hesabatı: ölülər arasında iki qardaşın - Hasil və Vidadinin də adı var.
Vidadinin oğlu - Ceyhun Aslanov atasının cəsədini çiynində daşıyır. Baş verənlər gəncin psixologiyasına ciddi zərər vurur.
Cəbhə xəttində döyüşən 4 qardaşdan biri, ən kiçiyi – Sabiq Aslanov qalır. Ailəsində baş verən bu ölümlərdən sonra o, könüllü şəkildə həmin vaxt ən kəskin döyüşlərin getdiyi Ağdama yollanır.
Bir neçə gündən sonra o da erməni gülləsinə tuş gəlir... Sabiq ağır yaralı halda yaxınlıqdakı hospitala çatdırılır. Xoşbəxtlikdən həkimlər cəsur və igid döyüşçünün həyatını xilas etməyə müvəffəq olurlar.
Müdafiə Nazirliyi bu hadisədən xəbər tutduqdan sonra "Əsgər Rayanı xilas etmək” filmində olduğu kimi dördüncü qardaşı axtarır. Onu hospitalda tapa bilirlər.
Bu Vətən üçün 4 igid və sədaqətli oğul yetişdirmiş Azərbaycan ailələrindən birinin hekayəsidir. Ancaq bu cür hekayələr olduqca çoxdur: erməni işğalçıları ilə gedən döyüşlərdə ər və oğulları öldürülən qadınlar, erməni əsirliyində inanılmaz işgəncələrə məruz qalmış azərbaycanlılar, erməni təcavüzü nəticəsində doğma və yaxınlarını itirənlər barədə...
Biz onları xatırlayırıq, onların xatirəsini yad edirik, onlarla fəxr edirik!
Material Xəqani Aslanovun oğlu Cəsarət Aslanovun danışıqları əsasında hazırlanıb.
Fotolar Aslanovlar ailəsinin arxivindən götürülüb.
 








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol