• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı yeni xəbər

Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı yeni xəbər
04.03.2019 10:18
Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3871 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, daxil olan müraciət əsasında 3860 evə baxış keçirilib: "Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 218-i kəskin qəzalı (dağılmış), 963 evin bərpası mümkün vəziyyətdə, 1440 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 1238 evin vəziyyəti qənaətbəxs hesab edilib".

R.Əliyev qeyd edib ki, hazırda tam qəzalı vəziyyətdə olan evlərin yenidən tikintisinə başlanılıb: "5 evin tikintisi yekunlaşmaq üzrədir, 7 evin isə tikintisinə başlanılıb. Tikinti briqadaları tam qəzalı vəziyyətdə olan digər evlərdə söküntü işlərinə başlayıb".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol