• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Əlizadə: “Sosial şəbəkədə oturanların 90 faizi avaradır”

Araz Əlizadə: “Sosial şəbəkədə oturanların 90 faizi avaradır”
04.03.2019 13:39
"Sosial şəbəkədən istifadə edənlərin 90 faizi avaradır və mənim onları avara adlandırmağa haqqım çatır. Bu fikri dəfələrlə telekanallardan səsləndirmişəm"

Bunu "Ölkə.Az”a açıqlamasında deputat Araz Əlizadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkədən faydalı işlər üçün istifadə  etmək əvəzinə orada əyləşənlərın 90 faizi  səhər-axşam  təhqir edib, müxtəlif insanlar barəsində şayiələr yaymaqla məşğuldurlar. 

"Mən bunu faktiki olaraq barəmdə  deyilənlərlə sübut edə bilərəm. Kanal-13  internet telekanalı mövcuddur. Telekanal 10 deputat haqqında veriliş hazırlayaraq, onları Azərbaycan dövlətini talan etməkdə ittiham edib. Mənim adım bu "talançılar” sırasında 3-cüdür. Əvvəla onu deyim ki, deputat necə dövləti talan edə bilər?!

İkincisi, bu bədbəxt uşağı talan sözünün mənasını bilmir.

Üçüncüsü, onların mənə qarşı sürdüyü ittihamlar gülünc və əsassızdır. Siz təsəvvür edin mənə qarşı sürülən hansı ittiham talançılığa uyğun gəlir. Bunların düşüncəsinə görə, Araz Əlizadə Azərbaycanın müstəqilliyinə səs vermədiyinə, Əhməd Cavadın Azərbaycan himninin müəllifi olmadığına və bloger Mehman Hüseynov barəsində səsləndirdiyi ifadəyə görə talançıdır. Bax, budur onların səviyyəsi, düşüncəsi…”,- deyə A.Əlizadə qeyd edib.
O, əlavə edib ki, "Kanal-13” ABŞ-dan maliyyələşdirilir:

 "Oğlum onun kimə və haradan maliyyələşməsi ilə bağlı araşdırma apardı. Bəlli oldu ki, bu telekanal ABŞ-dan maliyyələşir. Kimlər onu idarə edir, onlar harada təhsil alıb, pulu necə əldə edirlər. Bunlar hamısını müəyyən etmişik. Bax, bütün bunlara görə, mənim sosial şəbəkədən istifadə edənlərin 90 faizinin avara olduğunu deməyə əsasım var”.

A.Əlizadə onu da əlavə edib ki,  daha bir faktı qeyd edim: 

"Siz təsəvvür edin, Mehman Hüseynov barəsində işlətdiyim ifadəyə görə dünyanın ən müxtəlif ölkələırindən mənim ünvanıma  yüzdən artıq təhqiramiz ifadələr, söyüşlər  gəldi. "Mən onların hamısını analiz etdim, gördüm ki, oradakı cümlələr də, söyüşlər və hətta səhvlər də eynidir. Bax, budur göstərici... Sosial şəbəkə ilə bağlı gəldiyim qənaət…”.

A.Əlizadə deyib ki,  nə jurnalist bir neçə ay bundan öncə mənə sual  verənədək, nə də indi  Mehman adlı jurnalist tanımıram:

 "Sadəcə onun ətrafında bir "qəhrəman” obrazı yaratmağa cəhd olundu və nəticəsi də göz qabağındadır. Sabun köpüyü kimi yox olub getdi. Necə ki, zamanında ukraynalılar Nadejda Savçenko ətrafında bir qəhrəman obrazı yaratdılar, sonu nə oldu?... Rusiyadan həbsdən azad edilən Nadejdanı ukraynalılar özləri məcbur olub həbsxanaya saldılar”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol