• $
  • €
  • ₽
  • ₺
  • £

Zəhərli bal

Zəhərli bal
04.03.2019 22:00
Bu bala bəzən "buz balı" da deyilir. Bu bal azaliya, andromed, bataqlıq çiçəkləri və digər müxtəlif zəhərli çiçəklərdən alınan baldır. Bu bal faydalı yox, çox zəhərli baldır. Zəhərli baldan az miqdarda istifadə elədikdə baş ağrıları, ürəkbulanma, qusma, ishal, dəridə solğunluq, ürəkdöyünmə, zəiflik, qaşınma, bəzən isə qıcolmalar meydana çıxır. Balın tərkibində olan zəhərin miqdarı onun tərkibindəki alkoloidlərin, andrometoksinlərin və rododendronların miqdarından asılıdır. Zəhərli balın ətri xoşagəlməz olur.

Yaponiyada zəhərli arılar zəhəri xotsutsay bitkisindən toplayırlar. Dəfnə çiçəklərindən toplanan balın tərkibində andrometoksin olduğuna görə bu bal da zəhərli bal hesab edilir. Zəhərli balı ən çox Qafqaz bölgəsində yaşayan arılar toplayır. Amma bu bölgədə hansı bitkilərin zəhərli və balverən olması aydınlaşdırılmayıb.
Anews.az immunitet.az-a istinadən bildirir ki, zəhərli balı yedikdən 20 dəqiqə sonra zəhərlənnmə əlamətləri meydana çıxır. Bu ən çox da zəif və yaşlı adamlarda özünü göstərir.Bu qrupa aid olan adamlar zəhərli bal yedikdə onlarda qusma və ürəkbulanma ilə bərabər yüksək temperatur, gözlərin tutulması, huşun itməsi, nəbzin zəifləməsi baş verir. Bəzən isə nəbzin sayı dəqiqədə 30-a düşə bilir. Bu zaman zəhərlənən adamın üzündə göy ləkələr əmələ gəlməyə başlayır, nəfəsalma çətinləşir, xəstəni soyuq tər basır,əllər və ayaqlar ağrımağa başlayır. Bu əlamətlər 4-5 saat davam edə və xəstədə geridönməz izlər buraxa bilər. Balı yeyən zaman sadalanan əlamətlərin meydana çıxdığı zaman təcili həkimə müraciət etmək lazımdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol