• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid polislərin vərəsələri ödəmə alacaq - Bu tarixə qədər...

Şəhid polislərin vərəsələri ödəmə alacaq - Bu tarixə qədər...
04.03.2019 17:29
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli Fərmanının icrası olaraq, birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi 1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının vərəsələrini də əhatə edir. Şəhid polis əməkdaşları ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytının (sosial.gov.az) "Birdəfəlik ödəmə” bölməsində yerləşdirilib.

Bu barədə Anews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Vərəsələr həmin bölmədə daxili işlər orqanlarının şəhid olmuş əməkdaşının adı, soyadı və atasının adını qeyd edərək, birdəfəlik ödəməni almaq hüquqlarının olub-olmadığını öyrənirlər. Bundan sonra birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edir və onların sənədləri elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Nazirlikdəki müvafiq Komissiya isə şəhidlərin vərəsələrinin sənədləri əsasında birdəfəlik ödəmənin verilməsinə dair qərarlar qəbul edir.

1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarından ibarət 400 nəfərdən çox şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqları müəyyən olunub. Onlardan artıq əksər şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol