• $
  • €
  • ₽
  • ₺
  • £

“Planet Parni iz Baku”ya hansı TV-lər niyə qadağa qoyub?

“Planet Parni iz Baku”ya hansı TV-lər niyə qadağa qoyub?
04.03.2019 21:48
Bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər. Görüş bir çox məqamlarla yadda qalıb. Belə məqamlardan biri də ölkə başçısı ilə "Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov arasında söhbətdir.


Tahir İmanov Prezidentə bütün televiziyalar tərəfindən "Planet Parni iz Baku” KVN teatrının əməkdaşlarına  efir qadağası qoyulduğunu bildirib. Prezident isə bu məsələdən xəbərsiz olduğunu bildirib və deyib ki, heç kim onlara dövlət səviyyəsində qadağa qoya bilməz, məsələ həllini tapmalıdır. Ölkə başçısı özəl telekanalları da tövsiyə edib ki, belə qadağalardan çəkinsinlər.


Maraqlıdır, hansı TV-lər "Planet Parni iz Baku” KVN teatrının əməkdaşlarına efir qadağası qoyub? Və niyə?

 Modern.az məsələ ilə bağlı bir neçə özəl telekanalla əlaqə saxlamağa çalışıb.


"Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyev bildirib ki, onlar heç kimə qadağa qoymayıblar:
 

""Planet Parni iz Baku”in tamaşaları uzun müddət "Space” TV-də yayımlanıb, heç bir qadağa olmayıb. Onlar bizdən çıxıb başqa kanallara getdilər, ondan sonra heç bir danışığımız olmayıb. Burada bizdən qaynaqlanan bir problem yoxdur. Yenidən bizə müraciət etsələr baxmaq olar”.


ARB TV-nin mətbuat katibi Ozal İbrahimli bildirib ki, təmsil etdiyi telekanalda Tahir və Cabir İmanov qardaşlarına nə bu gün hansısa qadağa var, nədəki dünən olub:


"Onlardan bizə heç bir müraciət daxil olmayıb. Yaradıcı proses belədir ki, verilişlərin qonaqları mövzulara uyğun seçilir. Mövzu uyğunluğu olarsa, niyə də kanalımıza dəvət olunmasınlar? Ümumiyyətlə, kanalımızda "qara siyahı” anlayışı yoxdur”.


"Xəzər” TV, ATV və "Lider” TV-yə gün ərzində dəfələrlə zəng etsək də, telefona cavab verən işçilər sualımızı eşidən kimi cavab verməkdən yayındılar, əməkdaşlar bizi bir-birlərinin üstünə yönləndirdilər və sonda da telefonları qapatdılar...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol