• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kriminal avtoritet tutuldu

Bakıda kriminal avtoritet tutuldu
04.03.2019 23:42
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının ötən gün "Portofino” çay evində keçirdkləri əməliyyat nəticəsində kriminal avtoritet və mütəşəkkil cinayət dəstəsinin üzvləri saxlanılıb.


Bu barədə "Sputnik Azərbaycan”a Yasamal Rayonu Polis İdarəsindən məlumat verilib.


Əməliyyat nəticəsində beş nəfər saxlanılıb. Onlardan biri - əvvəllər xuliqanlıq və qanunsuz silah gəzdirmə maddələri ilə məhkum olunmuş, 2018-ci ilin oktyabrından Sabunçu Rayon Polis İdarəsi tərəfindən axtarışa verilmiş 25 yaşlı Babayev Kamran Heydər oğludur.


Onunla birlikdə 30 yaşlı Əlizadə Əhməd Ərzuman oğlu, 32 yaşlı Niftəliyev Ceyhun Sirac oğlu, 29 yaşlı Seyidov Kənan Əlirza oğlu və Cəlilabad sakini 32 yaşlı Ramazanov Elbarı Ümid oğlu saxlanılıb.


Bundan əlavə dəstənin altıncı üzvü polis tərəfindən axtarılır. Onun kimliyi məlumdur, lakin hələlik saxlanılmadığı üçün açıqlanmır.


Məlumdur ki, yuxarıda adları çəkilən şəxslər çay evində 27 yaşlı Bakı sakini Rafiq İsrafilovdan borcun alınması üçün yığışıblar. Sonuncunun Cəmil adlı şəxsə 15 min manat borcu var, lakin maliyyə çətinlikləri ilə üzləşdiyi üçün bu məbləği qaytara bilməyib.


Cəmil isə R,İsrafilovun maliyyə vəziyyətinin yaxşılaşmasının gözləməyib və kömək üçün kriminal aləmin nümayəndələrinə müraciət edib. Sonuncular R.İsrafilova çay evində görüş təyin ediblər və onu hədələyiblər.


Bildirilir ki, cinayətkarlar çay evində D.Niftəliyevə məxsus 99 NV 888 dövlət nömrə nişanlı  BMW markalı avtomobildə gəliblər. Ə.Əlizadə də elə bu markalı maşında olub. Saxlanılan şəxslərin üzərlərində axtarış zamanı bıçaqlar, heroin və psixotrop maddə aşkarlanıb. Bundan əlavə onların maşınlarında dəyənəklər tapılıb.


Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol