• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva doğum evində - FOTO

Leyla Əliyeva doğum evində - FOTO
05.03.2019 09:59
Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı Doğum evində olub. Xatırladaq ki, bu Doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.

Leyla Əliyeva Doğum evindəki palataları gəzdi, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlandı, uşaqların sağlam böyümələrini arzuladı.

120 çarpayıdan ibarət tibb müəssisəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunub. Doğum evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.

Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verildi. Yeni küvəzlərdə ana və körpədə qan qrupları və rezus üzrə uyğunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl düyaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. Hazırda 2 saylı Doğum evində 70-dən çox yeni dünyaya gələnlərdən 3-ü küvəzdə saxlanılır. Həkimlər bu körpələrin vəziyyətinin sabitləşdiyini, müsbət dinamikanın müşahidə edildiyini bildirdilər.

Tibb müəssisəsində 398 işçi çalışır. Heydər Əliyev Fondunun vitse-prezidenti Doğum evinin əməkdaşları ilə şəkil çəkdirdi, onlara işlərində uğurlar arzuladı.
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol