• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
05.03.2019 12:29
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə tarixi köklərə malik, dostluğa əsaslanan ikitərəfli münasibətlərin iqtisadi, o cümlədən enerji sahəsində inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və investisyaların cəlbi ilə bağlı məsələlər müzakirə edilib. 

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı ilə OPEC+ çərçivəsində, eləcə də ikitərəfli formatda əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi, ölkənin neft-qaz, bərpa olunan enerji sahələrində mövcud vəziyyət, planlaşdırılan layihələr və yeni imkanlar barədə ətraflı məlumat verib. Nazir yeni əməkdaşlıq təkliflərinin reallaşdırılması istiqamətində mühüm addım kimi iki ölkənin müvafiq nazirlikləri arasında birgə Texniki Komissiyanın fəaliyyətini qeyd edib.  
İbrahim bin Əbdülrəhman əl-Ömər isə bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla kənd təsərrüfatı, turizm, nəqliyyatla yanaşı enerji sektorunda əməkdaşlığı genişləndirməkdə və investisya qoymaqda maraqlıdır. Bunun üçün "Yol Xəritəsi” tərtib olunmalı və şirkətlərin qarşılıqlı fəaliyyəti təmin edilməlidir. 
Görüşdə neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətlərinin iştirakı, eləcə də bərpa olunan enerji üzrə "ACWA Power” şirkəti ilə anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb. 
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol