Azərbaycanda korrupsiya ilə bağlı ən çox müraciət edilən sahələr - SİYAHI

Ötən il Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 – Qaynar xətti”nə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb.
Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə, o cümlədən, 4204 ərizə, şikayətinə baxılıb. Eyni zamanda, Baş İdarədə fəaliyyət göstərən "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 3854 müraciətə baxılıb. Həmin müraciətlərdən 3442-si ilkin, 412-si isə təkrar olub. Müraciətlər əsasən, sosial müdafiə, səhiyyə, polis, təhsil, bələdiyyə və digər sahələri əhatə edib.
Hökumətin hesabatında yer alan siyahını təqdim edirik:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























