• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 600 minədək insanın maaşı artdı

Azərbaycanda 600 minədək insanın maaşı artdı
05.03.2019 14:02
Minimum əməkhaqqının artırılması dövlət sektoru üzrə 450 mindən çox işçinin əmək haqlarında orta hesabla 30 faiz artıma səbəb olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Anews.az-a məlumat verilib.

Verilən məlumata görə, Nazirlər Kabineti minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar əməkhaqlarının tənzimlənməsi üçün bir sıra qərarlar qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamı ilə mart ayının 1-dən minimum aylıq əməkhaqqı 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılıb.

Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib.

2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarda dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli (VTC) ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyən edilib.

19 dərəcədən ibarət VTC üzrə əməyin ödənilməsinin birinci dərəcəsindən başlayaraq minimum əmək haqqı 180 manata çatdırılmaqla, bütün dərəcələr üzrə əmək haqqının artımı özünü göstərir.

Eyni zamanda, Nazirlər Kabinetinin 28 fevral 2019-cu il tarixli 71 nömrəli qərarında dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı,

ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşlarının minimum məbləği 180 manat müəyyən edilməklə, ali, 1-ci, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə bu məbləğlər artır.

Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 69 nömrəli Qərarında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının və 70 nömrəli Qərarında büdcədən maliyyələşdirilən müəssisə,

idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin məbləğləri də müəyyən edilib.

Dövlət başçısının qeyd edilən Sərəncamı ilə minimum əmək haqqının məbləğinin artırılması 600 minədək insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol