• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-də bu dəfə 5 nəfər işdən çıxarıldı - Alışanovun köməkçisi də var

AzTV-də bu dəfə 5 nəfər işdən çıxarıldı - Alışanovun köməkçisi də var
05.03.2019 14:35
AzTV-nin yeni rəhbərliyi kadr islahatlarını davam etdirir.

Anews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu dəfə işdən çıxarılanlar arasında QSC sədrinin köməkçisi Fərman Orucov və Kadrlar və Xüsusi işlər İdarəsinin rəisi Mənsur Bayramovun da adı var.

Xatirə Qasımova isə telekanalın Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilərək eyni qurumun nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasına göndərilib. Eyni zamanda, telekanalın Şahin İbrahimov və Tural Həmidzadə adlı əməkdaşları da tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Belə ki, Şahin İbrahimov Arif Alışanovun rəhbərliyi dövründə adıçəkilən televiziyada çəkilişlərdən kanala daxil olan qeyri-leqal pulları yığmaqla məşğul olduğu üçün o, "kassir Şahin" kimi tanınıb. Daha sonra keçmiş rəhbərlik eyni missiyanı yerinə yetirməsi üçün onu İTV-yə göndərib. Lakin Balakişi Qasımovun İTV-in direktoru təyin edilməsindən az sonra AzTV-nin köhnə rəhbərliyinin təyin etdiyi bir sıra kadrlar, o cümlədən Şahin İbrahimov yenə eyni əməl və məlum missiyası ilə gündəmə gəlib.

Daha sonra Şahin İbrahimov yenidən AzTV-nin köhnə rəhbərliyi tərəfindən ora gətirilsə də, yeni rəhbərliyin qərarı ilə Şahin işdən uzaqlaşdırılıb. Digər uzaqlaşdırılan Tural Həmidzadə isə İdman-Azərbaycan kanalında çalışırmış.

Qeyd edək ki, Aztv-də kadr islahatları davam edir, studiyalar yenidən qurulur, yaradıcı şəxslərə mühüm önəm verilir, canlı veriliş tok-şouların sayı artırılır. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol